Albert Eynişeydi
Qəribə hadisə,Dünya,Arxeologiya

1700 illik bu cismin hələ də nə olduğu bilinmir

27 may 2026

Dünyada cəmi 130 ədəd "Dodecahedron" var...

Bu gördüyünüz şeyin 1700 il yaşı var və hələ də heç kim onun nə işə yaradığını tapa bilməyib.

Adı “Roma Dodecahedronu”dur. Tarixi Roma imperiyası torpaqlarında indiyə kimi 130-dan çox belə bir cisim tapılıb. Amma maraqlıdır ki, imperiyanın mərkəzində - İtalyada bir dənə də olsun tapa bilməyiblər.

Bu cismin 12 bərabər beşbucaqlı üzü var. Hər üzdə bir-birindən fərqli ölçülərdə dairəvi dəliklər var. Hər bucaqda kiçik kürə var. Bəzi “Dodecahedron”lar naxışlıdır. Əksəriyyəti bürüncdən hazırlanıb. Hamısı fərqli ölçülərdədir.

Maraqlıdır ki, hər şeyi qeydə almağı sevən romalılar, bu cisim haqqında bir dənə də olsun məlumat yazmayıblar.

Onun ölçü aləti, hərbi nişangah, oyuncaq, hətta sehirli ritual aləti olduğunu iddia edənlər var. Lakin hələ də əsl cavab tapılmayıb…

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər