Albert Eynişeydi
Rekordlar,Texnologiya

İnsanlıq tarixindəki ən böyük gəmi - “Seawise Giant”

6 may 2026

Özü ilə birlikdə 657 000 ton...

Bu nəhəng supertankerin uzunluğu 458 metr, eni 69 metrdir. “Seawise Giant” o qədər böyükdür ki, göyərtəsinə 5 peşəkar futbol meydançası yerləşər. Boş halda ağırlığı 82 min tondur. Öz ağırlığından başqa 575 min ton yük daşıya bilir. Yəni tam dolu halda ağırlığı 657 min tondur.

Tanker 1979-cu ildə yaponlar tərəfindən hazırlanıb. Mühərriki 50 min at gücündədir. Gəminin yanacaq çənləri 16500 ton mazut tutur. Daxili generatorların fəaliyyəti üçün isə əlavə 800 tonluq dizel çənləri var.

Dayanmadan hərəkət edəndə günə 200 ton yanacaq istifadə edir.

“Seawise Giant” saatda maksimum 30.6 kilometr sürətlə hərəkət edə bilir. Bu məlumata diqqətlə qulaq asın. Gəminin tam yüklə maksimal sürətdə tam dayanma məsafəsi 9 kilometrdir. Yəni, kapitan mühərrikləri söndürdükdən sonra, gəmi 9 kilometr də yol qət edir. Çünki gəminin tam yüklə ağırlığı 657 min tondur.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər