Albert Eynişeydi
Qəribə hadisə,Müharibə,Tarix

5500 metr hündürlükdən paraşütsüz tullanan və sağ qalan adam

1 aprel 2026

İkinci Dünya Müharibəsi. 1944-cü ilin mart ayı

5500 metr hündürlükdən paraşütsüz yerə düşən və sağ qalan adam. İkinci Dünya Müharibəsi. 1944-cü ilin mart ayı. Britaniya ordusunun iyirmi bir yaşlı çavuşu Nikolas, digər altı heyət üzvü ilə birlikdə "Schmallenberg"in şərqindəki hücumdan geri dönərkən düşmən təyyarəsinin hücumuna məruz qalır.

Tezliklə onların təyyarəsi vurulur. Qanadlar və gövdə yanaraq parçalanmağa başlayır... Elə bu zaman yanğın, paraşütləri də məhv edir. Nikolasın qarşısında iki seçim var. O, təyyarədə yanaraq ölməkdənsə tullanaraq ölməyə qərar verir. Beləliklə, Nikolas 5500 metr hündürlükdə, paraşütü olmadan təyyarədən tullanır. Nikolas əvvəlcə şam ağacının, daha sonra yerdəki qar örtüyünün üstünə düşür. İlk dəqiqələrdə o, yerindən tərpənmir. Bir müddət sonra qollarını və ayaqlarını tərpədə bildiyini görür. Özü də bu möcüzə qarşısında şokdadır.

5500 metrdən yerə düşən bu əsgər möcüzəvi şəkildə sağ qalmışdı. Bədənində heç bir qırıq, sınıq və ciddi yara yox idi. Sadəcə bir ayağı burxulmuşdu və yanğın səbəbilə bədənində bəzi kiçik yanıq izləri var idi. Heyətin digər altı üzvü isə çoxdan həyatını itirmişdi. Nikolas, üzərindəki fiti çalıb, kömək istəyir. O boyda hündürlükdən yıxılıb sağ qalan adam bu fitin zibilinə düşür. Almanlar onu tapır və əsir götürür. Nikolas Alkemade əvvəlcə xəstəxanaya, sonra isə əsir düşərgəsinə aparılır.

Nikolas əvvəlcə xəstəxanaya, sonra isə əsir düşərgəsinə aparılır. Dindirilmə zaman əvvəlcə alman zabitləri ona inanmır, amma sonra ərazidə parçalanmış təyyarənin və yanmış paraşütlərin qalıqlarını tapırlar. Bu hadisə onu çox populyar edir. Lakin bu populyarlıq Nikolasa heç bir xüsusi güzəşt qazandırmır.

Nikolas 1945-ci ildə minlərlə düşərgə əsiri ilə birlikdə qaçmağı bacarır. Yüzlərlə kilometr məsafəni mənfi iyirmi iki dərəcə şaxtada qət edir. Həyat, növbəti dəfə onun üzünə gülür. Nikolas sağ qalan və xilas olan az sayda əsirdən biri olur. Bundan sonra o, min doqquz yüz səksən yeddinci ilə qədər yaşayır və təbii səbəblərlə ölür.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər