Təbiətin qəddar üzü - Ichneumonidae

Hazırda təbiətin ən qəddar tərəflərindən birini görürsünüz. İxneumonidlər, yəni Parazitoid arılar.
Bu arılar öz sürfələrini, loru dildə desək balalarını başqa bir canlının və ya başqa bir sürfənin içərisinə yerləşdirir. Arının sürfələri həmin canlını içdən-içə yeyərək çölə çıxır.
Bunun üçün "İxneumonidlər" əvvəlcə ağac qabıqlarının altındakı canlıları və sürfələri axtarır. Onları uzun iynəyə oxşar hissəsi ilə ən minimal titrəşmələri və qoxuları hiss edərəy tapırlar. Daha sonra həmin iynəyə bənzər hissəni tapdığı canlının və ya sürfənin içinə salır. Öz bədənindəki balalarını həmin canlının içinə yerləşdirir.

Təbiətin möhtəşəm qəddarlığı... İxneumonidlərin 25 mindən çox növü var. Qeyd edim ki, Azərbaycanda da yaşayırlar və insan üçün heç bir zərərləri yoxdur.
Müəllif
Ceyhun Qurbanov


