San Andreas çatı
Uzunluğu 1300 km olan saatlı bomba...
Uzunluğu 1300 km olan saatlı bomba... Hətta kosmosdan belə görünən San Andreas çatı.
Kaliforniya əyaləti boyunca uzanan çatın bəzi hissələrinin dərinliyi 15 kilometrə çatır. Bəli, 15 kilometr. Bu dərinliyi təsəvvür etmək çox çətindir...
Buradakı dərinlik Marian çökəkliyindən belə daha dərindir. San Andreas çatı, 2 nəhəng tektonik plitənin — Sakit okean və Şimali Amerika plitələrinin — milyonlarla il əvvəl bir-birinə sürtülərək əks istiqamətlərdə hərəkət etməyə başlaması ilə yaranıb. Çat, hər il yerini təxminən 3 tam onda beş santimetrə qədər dəyişir. Çat boyunca baş verən, bilinən ən güclü zəlzələlər bunlardır. Xəttin Los-Anceles şəhərinə ən yaxın nöqtəsi cəmi 56 kilometr uzaqlıqdadır.
Çatın cənub hissəsində 300 ildir ki, zəlzələ olmur. Bu, o deməkdir ki, saatlı bomba partlamağa hazırdır... İddiaya görə, yaxın gələcəkdə Montereydəki Parkfilddən Salton dənizinə qədər olan cənub hissədə 8 bal gücündə zəlzələ ola bilər...
Müəllif
Ceyhun Qurbanov


