Planetimizin ənləri, I Hissə
Dünyanın müxtəlif yerlərindən 24 maraqlı rekord
Dünyanın ən böyük səhrasının qumlarla yox, buzlarla örtülü olduğunu bilirdiniz? Gəlin planetimizin "ənlərinə" birlikdə baxaq!
Yaxından başlayaq. Dünyanın ən böyük gölü: Xəzər dənizi.
Dünyanın ən böyük səhrası: Antarktida.
Dünyanın ən böyük isti səhrası: Saxara səhrası.
Dünyanın ən böyük meşə zonası: Tayqa meşələri.
Materikləri saymasaq, dünyanın ən böyük adası: Qrenlandiya.
Dünyanın ən hündür zirvəsi: Everest.
Dünyanın ən dərin nöqtəsi: Marian çökəkliyi.
Dünyanın ən uzun dağ silsiləsi: Orta okean silsiləsi.
Dünyanın qurudakı ən uzun dağ silsiləsi: And dağları.
Dünyanın ən hündür şəlaləsi: Anxel şəlaləsi.
Dünyanın ən uzun çayı: Nil çayı.
Dünyanın ən bol sulu çayı: Amazon çayı.
Dünyanı ən dərin mağarası: Krubera mağarası.
Dünyanın ən hündür ağacı: Qiperion ağacı.
Dünyanın ən dərin gölü və ən böyük şirin su anbarı: Baykal gölü.
Dünyanın dəniz səviyyəsindən ən alçaq nöqtəsi: Ölü dənizin sahili.
Dünyanın ən böyük mərcan rifi: Böyük Sədd Rifi. O kosmosdan da görünür.
Dünyanın ən isti torpağı: Lut səhrası.
Dünyanın ən isti havası: Ölüm vadisi.
Dünyanın ən soyuq yaşayış yeri: Oymyakon kəndi.
Dünyanın ən təmiz havası olan yaşayış yeri: Muonio.
Dünyanın ən təmiz suyu olan yaşayış yeri: Puerto Williams
Dünyanın ən təmiz çimərliyi: Whitehaven çimərliyi.
Dünyamız, bir-birindən tamamilə fərqlənən bu inanılmaz yerləri ilə kəşf edilməyi gözləyən möhtəşəm bir yerdir. Onu qoruyaq!
Müəllif
Ceyhun Qurbanov


