Norveçin vergi siyasəti
Hər ilin oktyabrında dövlət bütün vətəndaşlarının vergi bəyannaməsini onlayn olaraq yayımlayır
Norveçdə yaşayan hər kəsin vergi bəyannaməsi bütün ictimaiyyətə açıqdır. Futbolçuların, siyasətçilərin, həkimlərin, şirkət sahiblərinin, bir sözlə hamının nə qədər qazanıb, nə qədər vergi verdiyini hamı bilir.
Hər ilin oktyabrında dövlət bütün vətəndaşlarının vergi bəyannaməsini onlayn olaraq yayımlayır. Həmin sənəddə bütün vətəndaşların illik gəliri, illik ödədiyi vergi və ümumi sərvəti qeyd edilir. Yəni, sən qonşunun və ya dostunun nə qədər qazandığını və nə qədər vergi ödədiyini asanlıqla öyrənə bilirsən.
Bu məlumatların açıqlanmasındakı məntiq belədir: Əgər sənin qonşunun, dostunun və ya qohumunun gəliri azdır, lakin həmin adam Ferrari sürürsə, deməli burada şübhəli məqamlar var.
Bu şübhəli məqamlar şikayət edilərək araşdırıla bilər. Buna görə də hər kəsin vergi bəyannaməsi yayımlandığı üçün heç kim vergidən yayına bilmir və bu məsələdə qanunsuzluqlar baş vermir. Bir məsələ də var: kimlər sistemdə sənin qazancına və ödədiyin vergiyə baxıbsa, bəyannamənin sahibi onları da bilmək olur.
Müəllif
Ceyhun Qurbanov


