Albert Eynişeydi
Təbiət,Heyvanlar

Nəhəng "Kabus meduza"

1 aprel 2026

Qeyri-adi qollarının uzunluğu isə, təxminən 9 metrdən çoxdur...

Argentina sahillərində, okeanın tam 250 metr dərinliyində "dərin dəniz araşdırmaçıları" inanılmaz bir mənzərə ilə qarşılaşdılar. Nəhəng "Kabus meduza" ilə...

Bu canlının uzunluğu təxminən bir sərnişin avtobusu qədərdir! Görüntüdəki meduza, — elm dünyasında "Stygiomedusa gigantea" kimi tanınır və ona çox nadir rast gəlinir. Görüntüsünə görə onu "Kabus meduza" kimi də adlandırırlar. Həmin meduzanın o qeyri-adi qollarının uzunluğu isə, təxminən 9 metrdən çoxdur. Onun qolları digər meduzaların qolları kimi deyil, sanki bu qolların hərəsi bir pərdədir. Günəş işıqlarının çatmadığı bu qaranlıq dünyaya çatan insanoğlu, hələ nələr kəşf edəcək?

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər