Albert Eynişeydi
Qəribə hadisə,İncəsənət

İçərisində "adam" olan saat bizə nə deyir?

21 may 2026

Müasir incəsənət nümunəsi “Real Time”

Çox vaxt zamanın həyat olduğunu unuduruq. Elə bilirik ki, vaxt sadəcə təkrarlanan rəqəmlərdən ibarətdir. Niderlandlı sənətçi Maarten Baasın müasir incəsənət nümunəsi “Real Time”, elə tam da bu mövzudan danışır.

Gördüyünüz kreativ saat Amsterdam Hava Limanındadır. İçərisindəki adam hər dəqiqəni əlləri ilə silib, növbəti dəqiqələri yenidən çəkir. Bu, 12 saatlıq bir animasiya deməkdir. Adamın geyiminə diqqət edəndə onun işçi olduğunu başa düşmək olur.

Sənətçi bizə demək istəyir ki, hər dəqiqə bir əməkdir. Hər dəqiqə hərəkət və əziyyətdir. Saatın daxilindəki işçinin hər dəqiqəni yenidən çəkmək üçün çəkdiyi əziyyət, vaxtın əslində nə qədər qiymətli olduğunu göstərir.

“Real Time” əsərində biz həm də insan həyatının monotonluğunu görürük. Hava limanındakı bu saata baxanda sanki səssiz, təkrarlanan, ötüb-keçən zamana baxırıq.

İmmanuel Kantın dediyi kimi. “Zaman səssiz bir mişardır. “

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər