Hər il prezident dəyişdirən ölkə
Bu sistem 178 ildir davam edir...
İsveçrədə artıq 178 ildir ki, prezident hər il dəyişdirilir. Bu ölkədə prezidentin səlahiyyətləri çox məhduddur.
İsveçrə - Federativ Respublikadır. Burada 7 üzvlük konfederasiyanın başçısı İsveçrənin prezidenti sayılır. Prezident federal şuranın iclaslarını idarə edir. Konfederasiya prezidentinin digər 6 məclis üzvü üzərində heç bir xüsusi səlahiyyəti olmur. Bu, o deməkdir ki, heç kim təkbaşına İsveçrənin başçısı ola bilməz. Belə təsəvvür edin ki, İsveçrənin 7 prezidenti olur.
Daha asan formada izah edim. Xalq 4 ildən bir səsverməyə gedib 246 parlament üzvünü seçir. Həmin 246 deputat toplanaraq 7 əsas konfederasiya üzvünü seçir. Həmin 7 şəxs də konfederasiya prezidentini seçir. Sözügedən sistem 1848-ci ildən etibarən saat kimi dəqiq işləyir.
İsveçrədə vətəndaşlar seçkilərdə aktiv iştirak etmirlər. Məsələn, 2011-ci ildəki referendumlarda vətəndaşların cəmi 49%-i səsverməyə getmişdi. Amma maraqlıdır ki, bu ölkədə referendumlar təkcə məclis tərəfindən təklif olunmur. Sadə vətəndaşlar da qanuna istədikləri dəyişikliyi təklif edə və referendum tələb edə bilərlər. Əgər hər hansı bir mövzuda vətəndaşlar 100 000 imza toplaya bilsələr, istədikləri referendumu keçirə bilərlər.
Müəllif
Ceyhun Qurbanov


