Albert Eynişeydi
Pul,Məşhurlar,Qəribə hadisə

Dünyanın ən xəsis milyarderi

26 iyun 2026

Nəvəsini qaçıran insanlar ondan 17 milyon dollar istədilər. O isə...

Tanış olun. Dünyanın ən xəsis milyarderi - Paul Getty...

O, Amerikanın ilk dollar milyarderlərindən biridir. Paul Getty 1957-ci ildə Amerikanın, 1966-cı ildə isə dünyanın ən varlı insanı olub. Kişinin o vaxt neft şirkəti var imiş. 1966-cı ildə onun sərvəti 1.2 milyard dollar idi. Buna baxmayaraq, Paul Getty pul verməmək üçün paltarlarını paltaryuyanla yox, əl ilə yuduzdururdu. Yazı yazarkən yeni kağıza yox, köhnə kağızlara yazırdı. Boynu xarab olan köynəyini isə yenisi ilə əvəzləmək yerinə ona yeni boyunluq tikdirirdi.

1973-cü ildə Paulun nəvəsi italyan mafiyası tərəfindən qaçırılır. Mafiya uşağın müqabilində Pauldan 17 milyon dollar istəyir. Həmin dövrdə bu kişinin sərvəti 4 milyard dollar idi. Paul Getty ödənişdən imtina edir. Zaman keçir, razılaşma olmur. 4 ay sonra mafiya nə qədər ciddi olduğunu göstərmək üçün uşağın qulağını qutuda ailəsinə göndərir. Buna baxmayaraq Paul yenə də ödənişlə razılaşmır.

Mafiya ödənişi 3.2 milyon dollara endirir... Paul yenə razılaşmır. 3 milyon dollar son rəqəm olur. Milyarder Paul Getty pulun 2.2 milyon dollarını ödəyir, 800 min dollarını isə öz oğluna - uşağın atasına illik 4 faizlik borc kimi verir.

Uşaq xilas olur, amma ömrü boyu ruhi xəstəliklərdən əziyyət çəkir, eşitmə və görmə qabiliyyətini itirir, əlil arabasına məhkum olur və 54 yaşında ölür. Paul Getty isə nəvəsinin xilasından sonra cəmi 3 il yaşayır. Öləndə onun sərvəti 6 milyard dollar idi.

Qısacası. Zənginlik içində yoxsulluq və boşa yaşanılmış bir həyat.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər