Dünyanın ən dözümlü canlısı
Onlar bilinən 5 böyük kütləvi məhv dövründən sağ çıxıblar...
Bir gün dünyada həyat bitsə, ancaq bu canlılar sağ qala bilərlər…
Onlar Yer kürəsi tarixindəki bilinən 5 böyük kütləvi məhv dövründən sağ çıxıblar. Elmi adları Tardiqratdır. Bizim dildə ərincəklilər adlanır. Görünüşünə görə ona “Su ayısı” da deyirlər. Himalay dağlarının 6000 metr hündürlüyündən, okeanın 4700 metr dərinliyinə qədər, hətta açıq kosmosda belə - ən çətin şəraitlərdə yaşaya bilirlər. Ölçüləri 1 mm olan bu balaca canlıların sanki supergücləri var. Bizim üçün ölümcül olan yüksək radiasiyaya və təzyiqə qarşı dayanıqlıdırlar. Radiasiyaya qarşı bu qədər dözümlü olmaqlarının səbəbi DNT-lərini qoruyan xüsusi bir zülala sahib olmalarıdır.
-200 dərəcə selsi soyuğa və müsbət 150 dərəcə selsi istiyə tab gətirə bilirlər. Çətin şəraitlərdə bədənlərindəki suyun 95 faizini ataraq, onu qurudur, əl və ayaqlarını içəri çəkir və “Cryptobiosis” adlanan vəziyyətə girirlər. Bu hal ölümə bənzər bir haldır, amma ölüm deyil. Ərincəklilər 30 ildən çox bu vəziyyətdə qala bilirlər. Polnu ipotekaya girə bilərlər [soft chuckle]. Daha sonra uyğun şəraitdə yenidən bədənlərinə su toplayıb hərəkət etməyə başlayırlar. Bu qədər üstünlüyə baxmayaraq onların da zəif nöqtəsi var. İsti su. Ərincəklilər təxminən 38 dərəcə isti suda əriyirlər. Hımmm. Ya da, bu da onların başqa bir sehirbazlıq şousudur.
Müəllif
Ceyhun Qurbanov


