Dünyanı dəyişdirən qadınlar
Onlar sübut edir ki, zəka - yaş, cins və status tanımır. Zəka sərhədsizdir...
Etdikləri icadlar ilə dünyanı dəyişən, həyatı asanlaşdıran qadınlar:
Ada Lavleys. Kompüterlər hələ yox ikən, onları, onların dilini xəyal edən qadın. Bu dahi riyaziyyatçı 36 illik qısa ömründə ilk alqoritmi yaradıb. Bu gün istifadə etdiyimiz proqramlar onun sayəsində mövcuddur.
Cozefin Kokreyn. Onun dərdi qab yumaq deyildi, qabların tez sınması idi. Çünki xidmətçiləri qabları yuyarkən sındırırdılar. Cozefin həm özünün, həm də insanlığın gündəlik problemini aradan qaldırmaq üçün ilk qabyuyan maşını icad etdi.
Mariya Bizli. Rəsmi sənədlərdə sadəcə 'işsiz ev qadını' kimi qeyd edilmiş bu xanım, xilasedici qayıqları və qatarların qəza keçirməməsi üçün avtomatik kilid sistemlərini icad edərək saysız-hesabsız insanın həyatını xilas edib. Meri Anderson.
Merry Anderson. Onun bu icadından əvvəl insanlar qarlı və yağışlı havalarda qəza keçirərək ölürdülər. Meri xanım avtomobillər üçün şüşəsilənləri icad edərək nəqliyyatın gələcəyini dəyişdirdi.
Stefani Kvolek. Polad kimi iradəsi və əzmi ilə, poladdan 5 dəfə daha güclü olan bir materyalı icad etdi. Bu materyal ilə müasir gülləkeçirməz jiletlər hazırlanır. Onun sayəsində çox sayda əsgər və polisin həyatı xilas olub.
Meri Morqan. Kosmosa gedən yolun yanacağı bu xanımın beyin məhsuludur. O, Raketlərin gücünü əhəmiyyətli dərəcədə artıran 'Heydayn' adlı maye yanacağı icad edərək bəşəriyyətin ulduzlara çatmasına yol açıb.
Mariya Telkeş. Ona 'Günəş kraliçası' deyirdilər. Sadəcə Günəş enerjisindən istifadə edərək evi isitməyin mümkünlüyünü bütün dünyaya sübut etdi. Bu gün təmiz enerji haqqında danışırıqsa, bu onun yaratdığı Günəş enerjisi sistemləri ilə mümkündür.
Anna Konneli. Çoxmərtəbəli binalarda yanğın baş verəndə, insanların qaçacaq yeri yox idi. Anna binaların xaricinə quraşdırılan ilk yanğın pilləkəni sistemini quraraq insanların həyatını xilas edib. Marqaret Nayt. Kağız torba istehsal edən maşından tutmuş yüzdən çox mühərrik və cihaz icad etdi. O, dövrünün ən məhsuldar mühəndislərindən biri kimi sənayenin gələcəyini dəyişib.
Mariyon Donoven. Birdəfəlik uşaq bezlərini icad edərək anaları bez yumaq dərdindən, körpələri isə narahatlıqdan xilas edib. Bu xanım milyardlarla insanın gündəlik həyatını asanlaşdırıb.
Mariya Küri. Noo-bel mükafatını qazanan ilk qadın. Mariya Küri həm fizika, həm də kimya üzrə Nobel qazanıb. O, həyat yoldaşı ilə birlikdə Poolonium və radium elementlərini kəşf edib. Elementlərin öz-özünə şüalanmasını ilk dəfə onlar "radioaktivlik" adlandırıblar. Nobel. Nobel. Nobel mükafatını qazanan.
Bu qadınlar öz dövrlərinin bütün çətinliklərinə baxmayaraq, icadları ilə bəşəriyyətin inkişafı üçün önəmli məsafə qət ediblər. Onlar sübut edir ki, zəka - yaş, cins və status tanımır. Zəka sərhədsizdir...
Müəllif
Ceyhun Qurbanov


