Albert Eynişeydi
Texnologiya,İxtiralar,Elm

Dünyada Günəşdən daha isti olan yer

12 iyun 2026

Söhbət trilyon dərəcə selsidən gedir...

Dünyamızda Günəşdən daha isti bir yer olduğunu bilirdinizmi?

Günəşin mərkəzindəki istilik təxminən 15 milyon dərəcə selsidir. Amma Yerdə - ABŞ-dakı Brookhaven Milli Laboratoriyasında alimlər 4 trilyon dərəcə istilik əldə edə biliblər. Elm adamları bu nəticəni qızıl nüvələrini işıq sürətinə yaxın sürətdə hərəkət etdirərək toqquşduraraq əldə ediblər.

Günəşin mərkəzindən 250 min dəfə daha yüksək olan bu istilik, çox qısa müddətlik əldə edilib. Tədqiqatın məqsədi kainatın necə yarandığını başa düşmək üçün "Böyük partlayışın" kiçik bir simulyasiyasını yaratmaqdır.

Bura dünyada Günəşdən isti olan tək yer deyil. Digər ölkələrdəki nüvə reaktoru tədqiqatlarında da Günəşdən daha yüksək istilik alıblar. Hətta Çinin "EAST" nüvə reaktorunda alınan yüksək temperatur 403 saniyə saxlaya biliblər.

Bu tədqiqatlar gələcəkdə planetimizin enerji problemlərini həll etmək üçün ən böyük çıxış yolu ola bilər.

Brookhaven Milli Laboratoriyası

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər