Qəribə hadisə,Tibb
Birdəfəyə 9 uşaq doğan qadın
26 avqust 2026
Tək doğumda 9 uşaq dünyaya gətirən qadın.
Bu hadisə 2021-ci ildə Qərbi Afrikada, Malidə baş verib. Həlimə Cissé adlı qadın hamiləliyinin 30-cu həftəsində 5 qız və 4 oğlan uşağı dünyaya gətirib. Uşaqların çəkisi təxminən 500 qram ilə 1 kiloqram arasında olub.
Dünyada daha əvvəl də belə rekordlar olub. Amma adətən uşaqlar və ya ana doğumdan sonra sağ qalmayıb. Burada Mali hökumətinin xüsusi rolu olub. Onlar qadını ciddi nəzarətdə saxlayıblar. Onu daha peşəkar tibbi xidmət və əməliyyat üçün Mərakeşə göndəriblər. Bütün xərcləri dövlət qarşılayıb. Nəticədə hər şey Cissé ailəsi üçün yaxşı bitib.
Uşaqlar və qadın 19 ay xəstəxanada nəzarətdə saxlanıb. Hökumət ölkəyə qayıdan ailəyə rahat yaşamaq üçün geniş bir ev hədiyyə edib.

C
Müəllif
Ceyhun Qurbanov


