Albert Eynişeydi
Qəribə hadisə,Rekordlar

Bir oturuşda 156 bakal içən adam…

21 iyul 2026

Bu dünya rekordudur!

Bir oturuşda neçə bakal içərsən? Belə mərcləri çox eşitmişik. Bu adam bir oturuşda 156 bakal pivə içib. Dünya rekordu hələ də ondadır. İnanılmaz rəqəmdir, amma adamı tanıyanda mümkün olduğunu görəcəksiniz. André the Giant fransız güləşçi, aktyor və şoumendir.

1946-cı ildə doğulub. Doğulanda onun çəkisi təxminən 6 kiloqram imiş. 12 yaşına çatanda Andrenin boyu 191 santimetr imiş. Sonrakı illərdə Andrenin boyu 224 santimetr, çəkisi isə 236 kiloqram olub. Bu nəhənglik şou xarakterli döyüşlərdə onu diqqət mərkəzinə çəkib.

Andre həddindən artıq çox pivə içirmiş. Onun rekordu 470 Millilitrlik 156 bakal olub. Bu təxminən 73 litr deməkdir. Bir yetkin insanın çəkisinə bərabərdir. Dəhşətli rəqəmdir.

O, həddindən artıq böyümə hormonu olduğu üçün "akromeqaliya" xəstəliyindən əziyyət çəkirdi. André the Giant 1993-cü ildə cəmi 46 yaşında yuxuda ürəktutmasından vəfat etmişdi.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər