Albert Eynişeydi
Təbiət,Dünya,Səyahət

Belə mənzərə görməmisiniz

26 avqust 2026

Dağın zirvəsində 3 fərqli rəngdə 3 qonşu göl

Dünyanın başqa heç bir yerində belə mənzərə görə bilmərsən. Bir dağın zirvəsində fərqli rənglərdə olan 3 qonşu göl.

Həmin göllər İndoneziyadakı vulkanik Kelimutu dağının zirvəsində oturur. Yerli xalq göllərdə ruhların olduğuna inanır. Gölün biri gənc ruhların, o biri yaşlı ruhların, digəri isə pis ruhların məskənidir.

Göllərin rəngi dəyişkəndir. İllər ərzində onların yaşıl, mavi, ağ, qəhvəyi, qara... hətta qırmızı rəngdə olduğunu görüblər. Bəzən bu göllər eyni rəngdə də olur. Yerli xalq yenə boş oturmur, göllərin rənginin dəyişməsini ruhların əhval-ruhiyyəsi ilə əlaqələndirirlər. Elm adamları isə təbii ki, başqa fikirdədir. Həqiqət belədir. Göllərin suyunda çoxlu minerallar var.

Bu minerallar oksigen və Günəş işığı ilə reaksiyaya girərək suyun rəngini dəyişirlər. Bu rənglər də gölün altındakı vulkanik qazların aktivliyindən asılı olaraq dəyişir. Hər gölün altındakı vulkanik dəliklər fərqli olduğu üçün göllərin rəngi də fərqli olur.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər