14 dəfə Cekpot udan riyaziyyatçı
Tapdığı xüsusi bir sistem ilə dəfələrlə Cek-Pot udan riyaziyyatçı - Stefan Mandel
Stefan Mandel adlı riyaziyyatçı kəşf etdiyi üsulla təxminən 30 il boyunca müxtəlif ölkələrdə keçirilən latareyalardan 14 dəfə Cekpot udub. Stefan Rumıniyada yaşayanda onun aylıq qazancı cəmi 88 dollar idi. Amma tapdığı üsul ilə o, artıq latareyadan pul qazanmağa başlamışdı. İlk böyük uduşdan sonra Stefan məbləğin çox hissəsini rüşvət verərək ailəsi ilə birlikdə ölkədən qaçır və Avstraliyaya köçür. Stefan həmin sistemi burada da davam etdirir və düz 12 dəfə Cek-pot qazanır.
Bu böyük uduşlar Avstraliyada latareya ilə bağlı qaydaları ciddi formada dəyişdirir. Bundan sonra o, 1992-ci ildə öz sistemini Amerikanın Virciniya əyalətində tətbiq edir. Stefan Mandel 27 milyon dollarlıq Cek-pot qazanır. Beləliklə, Stefan bütün diqqətləri öz üzərinə cəlb edir. FBI və CIA kimi qurumlar işə qarışırlar. Amma araşdırmalar Stefanın hər hansı qanunsuz əməlini aşkar edə bilmir. Çünki o, qaydalara uyğun oynamışdı. Bu hadisədən sonra Amerikada və digər ölkələrdə latareya qaydaları tamamilə dəyişdirildi. Artıq Stefan Mandelanın uğur qazanmağı mümkünsüz idi. Stefanın sistemi belə idi. Ehtimalları hesablamaq, investorlar tapmaq, ehtimallara uyğun rəqəmlər çıxartmaq və çox sayda bilet almaq. Bu rəqəmləri o, əvvəlcədən yazdığı alqoritmlə avtomatik müəyyənləşdirirdi. 27 milyon dollarlıq son uduşda Stefan təxminən 1 ton ağırlığında bilet almışdı. Qazandığı böyük pullardan sonra Stefan Mandel latareya ilə vidalaşdı. O, hazırda Avstraliya sahillərində kiçik bir tropik adada yaşayır.
Qeyd: Unutmayın. Latareya və mərc oyunları qazanc yeri deyil. Stefan kimi dahi deyilsiniz. İndiki şərtlərlə o belə bu cür oyunlar oynamır.
Müəllif
Ceyhun Qurbanov


