Albert Eynişeydi
Bioqrafiya,Qəribə hadisə,Səyahət

127 saat ölümlə üz-üzə

11 avqust 2026

Həyatda qalmaq uğrunda əsl mübarizə...

Amerikalı alpinist Aron Ralston 2003-cü veş-vüşünü yığıb evdən çıxır. Kanyonları gəzən zaman ehtiyatsızlıqdan yıxılır və qaya parçasına ilişir. Aron nə etsə də, buradan çıxa bilmir. Həyati mübarizə başlayır. İlk 3 gün kömək gələcəyini düşünür və az miqdarda qalan suyunu ehtiyatla içir. Lakin heç kim buradan keçmir.

O, qayalardan xilas olmaq üçün müxtəlif yollar fikirləşir, amma heç biri işə yaramır. Sonda öz qolunu kəsməyə qərar verir. Amma bıçağı kiçik və kordur. Qolunu kəsməyə cəhd edir, lakin bacarmır. 5-ci gün suyu tamamilə bitən Aron ölməmək üçün öz sidiyini içməli olur. Yavaş-yavaş ümidlərini itirməyə başlayır. Divara adını və ölüm tarixini cızır. Kamerası ilə özünün son görüntülərini çəkir.

6-cı günün səhəri Aron son dəfə bütün cəsarətini toplayır və kor bıçağı ilə qolunu kəsməyə başlayır. Bunu 1 saat ərzində çox güclü ağrılarla edir. Nəhayət Aron Ralston ölümə qalib gəlir və ilişdiyi yerdən bir qolu ilə çıxmağı bacarır.

Bu günlər ərzində 18 kiloqram çəki itirən oğlan indi də qan itirməyə başlayır. 13 kilometr uzaqda saxladığı maşınına çatmaq üçün kilometrlərlə yol gedir. Qanının təxminən 25 faizini itirən Aron artıq öləcəyinə əmin olur. Bütün şanssızlıqlara baxmayaraq bu dəfə bəxt adamın üzünə gülür. Gəzintiyə çıxan bir ailə onunla rastlaşır. Aron Ralston xilas olur.

Videoda gördüyünüz bu görüntülər real hadisələr əsasında çəkilmiş "127 saat" filmindəndir. İzləyə bilərsiniz. Aron hələ də dağlara və kanyonlara dırmanmağa davam edib. O, qolunu itirdi, amma həyatını qazandı. Bunu edə biləcək çox az insan var.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər