Albert Eynişeydi
Tarix,Bioqrafiya

Afrikanın “Çe Qevara"sı - Thomas Sankara

1 aprel 2026

Sərvəti köhnə bir maşın, 4 velosiped, 1 gitara və 1 soyuducudan ibarət olan prezident

Öz maaşını azaldan, dünyanın ən kasıb ölkəsini cəmi 4 ildə ayağa qaldıran prezident…

Ona Afrikanın “Çe Qevara"sı deyirlər. Burkina-Fasonun unudulmaz prezidenti, solçu lideri Thomas SanKaranın hekayəsi.

1983-cü ildə, cəmi 33 yaşında hərbi çevriliş ilə iqtidarı ələ keçirən Thomas SanKara 4 illik liderliyi dövründə ölkəsi üçün bunları etdi: İlk olaraq ölkənin adını dəyişdi. İlk olaraq ölkənin adını dəyişdi.Fransızların qoyduğu “Yuxarı Volta” adını öz dillərində “Dik duran adamların ölkəsi” mənasını verən “Burkina-Faso” etdi. Yeni bayraq, və sözlərini və musiqisini özü yazdığı yeni himn təyin etdi.

Sankara hakimiyyətə gələn kimi bütün lazımsız xərcləri ləğv etdi. Öz maaşını azaltdı... Dövlətin rəsmilərinin bahalı “Mersedes” avtomobillərini satıb, öz maşını da daxil olmaqla - onların əvəzinə dövrün ən ucuz Renault avtomobillərini satın aldı. Ölkədə torpaqları ağaların əlindən alıb insanlara payladı. Beləliklə, ölkənin taxıl istehsalını dəfələrlə artırmış oldu.

Nəticədə xalqını xarici qida asılılığından xilas etdi. Pambıqçılığı inkişaf etdirib geyimləri ölkəsində istehsal etdirdi. 2.5 milyon uşağa xəstəliklərə qarşı peyvənd vurdurdu. Ölkədə səhralaşmanın qarşısını almaq üçün milyonlarla ağac əkdirdi. Qadınların sünnət edilməsini, məcbur ərə verilməsini tamamilə qadağan etdi. Onların hüquqlarını bərpa etdi və önəmli vəzifələrdə işləməsi üçün şərait yaratdı.

Hakimiyyəti dövründə heç bir xarici yardımı qəbul etmədi. Bir çox çıxışında Afrika ölkələrini xarici asılılıqdan xilas olmağa çağırmışdı. Afrikanın öz-özünə bəs edəcəyini bildirirdi. İmperializmi sərt formada qınadı. Xalq bu gənc prezidentini çox sevirdi. Amma xalqın xeyrinə olan bütün bu dəyişikliklər onun üçün ölkənin daxilində və xaricində yeni düşmənlər yaratdı. Fransız qüvvələrin dəstəyi ilə öz dostu və silah yoldaşı Kompaore ona xəyanət etdi və Thomas SanKaranı öldürdü. Kompaore hakimiyyətə keçdi və test və test. hakimiyyətdə qaldı. Amma o da başqa bir hərbi çevriliş ilə hakimiyyəti itirirək ölkədən qaçdı. Comparés. Kompaore. KompaOre. Nəticədə Burkina-Faso xalqı, belə bir insanı, tarixi şansı itirdi… Thomas SanKara öldürülərkən onun bütün sərvəti - köhnə bir maşın, velosipedlər, gitara və soyuducudan ibarət idi...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər